İsrail vətəndaşları bu ilin sentyabr ayından etibarən ABŞ-a vizasız daxil ola biləcək.
Modern.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “Twitter“də məlumat yayıb.
Bu gün biz, İsrail vətəndaşlarına mühüm bir xəbər veririk. Söz verdiyimiz kimi, israilliləri ABŞ-a giriş üçün viza almaq zərurətindən azad etməklə bağlı bütün qanuni tələblər uğurla yerinə yetirilib” – o qeyd edib.
O qeyd edib ki, bu ilin sentyabrında ABŞ-a giriş üçün viza tələb edilməyən ölkələr siyahısına İsrailin də qoşulacağı gözlənilir.