İsrail Səhiyyə Nazirliyi Makkabim-Reut şəhərində məktəblərin birində 20 şagirdin epidemik parotit xəstəliyinə yoluxduğunu bildirib.
Trend-in məlumatına görə, bu xəstəliyə yoluxan şagirdlərin eyni fincandan su içdikləri məlum olub.
Bununla belə, onların xəstəliyi yüngül formada keçirdiyi və xəstəxanaya yerləşdirilmədikləri deyilib.
Səhiyyə Nazirliyi həmin məktəbdə peyvəndləmənin aparılacağını bəyan edib.