İsrailin baş naziri COVID və qripə qarşı peyvənd olundu

 

İsrailin Baş naziri Yair Lapid bazar günü COVID və qripə qarşı peyvənd olunub.

O, qış mövsümündə tənəffüs yollarının yoluxucu xəstəliklərinin mümkün artımını nəzərə alaraq, həmvətənlərini də bu prosedura əməl etməyə çağırıb.

“Bu, sağlam qalmaq və yaxınlarımızı – ata və ana, baba və nənələrimizi qorumaqla, qışı asanlıqla keçirə biləcəyimiz yeganə yoldur”, – İsrailin baş naziri sosial şəbəkədə yazıb.

Mənbə

Share: