
İsrail Müdafiə Nazirliyi yanında Fövqəladə Hallar üzrə Baş İdarə və Müdafiə Ordusu ölkənin şimalında, Livanla sərhəddə yerləşən Kiryat-Şmona şəhəri sakinlərinin təxliyəsini elan edib.
Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təxliyə ilə bağlı planı müdafiə naziri Yoav Qalant təsdiqləyib.
Qeyd edək ki, oktyabrın 20-də İsrailin Livanla sərhəddən 5 km məsafədə yerləşən yaşayış məntəqələrinin sakinlərinin köçürüləcəyinə dair məlumat yayılıb.