İsrailin Rusiyadakı səfiri uzunmüddətli hərbi əməliyyatlarla bağlı açıqlama verdi

“İsrail uzun müddət hərbi əməliyyatları davam etdirə biləcək, ölkə iqtisadiyyatı buna hazırdır”.

Bu sözləri İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Svi deyib.

“Bəli, iqtisadiyyat uzun sürən hərbi əməliyyatlara hazırdır. Fakt faktlığında qalır: çıxış yolu yoxdur, müharibə davam edir. Döyüşməyə davam edəcəyik. İqtisadi məsələlər bizim döyüş hazırlığımıza təsir etməyəcək. Bizim resurslarla bağlı heç bir problemimiz yoxdur”, – deyə Aleksandr Ben Svi bildirib.

Eyni zamanda o etiraf edib ki, Fələstin-İsrail münaqişəsi gələn ilin büdcəsi üçün yükə çevrilib. “Hər hansı hərbi əməliyyatlar, harada, hansı ölkədə olmasından asılı olmayaraq həqiqətən büdcə üçün olduqca böyük yükdür. Milyonlarla dollar müharibəyə sərf olunur. Ancaq yaxşı olardı ki, iqtisadçıların həmişə dediyi kimi, bu dollarlar başqa şeylərə xərclənsin”, – deyə səfir qeyd edib.

Ben Svinin sözlərinə görə, döyüş əməliyyatları zamanı çox sayda insanı ehtiyatda saxlamaq çox çətindir, çünki onlar öz xidməti yerlərində olmurlar.

“Ancaq ümid edirəm ki, biz bunu həll edəcəyik, çünki iqtisadiyyatımız çox tez zamanda normal fəaliyyətinə qayıda bilər. Və ümid edirəm ki, bu baş verəcək”, – deyə diplomat əlavə edib.

Mənbə: TASS

Mənbə

Share: