İsrailin xarici işlər naziri Eli Kohen Almaniyaya səfər edəcək.
İsrail XİN başçısı fevralın 28-də Almaniyaya gedəcək.
Səfəri çərçivəsində o, almaniyalı həmkarı Annalena Berbokla görüşəcək.
İsrail mediası bildirir ki, xarici işlər naziri Kohenin səfərinin məqsədi Qərbin İrana qarşı daha sərt tədbirlər görməsinə təkan verməkdir.
“Almaniyaya səfər İranın nüvə silahı əldə etməsinə mane olmaq səyləri çərçivəsində strateji bir səfərdir. Biz Almaniya ilə ikitərəfli müstəvidə, Avropa və beynəlxalq arenada mühüm əlaqələri davam etdirəcəyik”, Eli Kohen bildirib.