İsrailin zərbələri zamanı iranlı məmur öldürülüb 

Bazar günü İsrial ordusu Suriyaya raket zərbələri endirib. Zərbələr İranın Suriyadakı pilotsuz uçuş aparatları və ya raket istehsal ilə məşğul olan obyektinə dəyib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Mənbə bildirib ki, zərbələr suriyalı və iranlı texniki ekspertlərin bir araya gəldiyi obyektə endirilib. Zərbə nəticəsində suriyalı mühəndis və yüksək rütbəli olmayan bir iranlı məmur ölüb.

 

Suriya dövlət mediasının məlumatına görə, zərbələr zamanı 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

 

Akif İsmayılov 

Mənbə

Share: