İsrailli nazirdən Azərbaycanla bağlı PAYLAŞIM

İsrailin xarici işlər naziri Eli Kohen özünün “Twitter” səhifəsində Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı paylaşım edib.

 

Modern.az xəbər verir ki, nazir İsraildə Azərbaycan səfirliyinin açılmasının tarixi hadisə olduğunu bildirib. 

 

“Tarix! Hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edirəm. Ölkələr arasında münasibətlərin 30 ilində ilk dəfə olaraq İsrailə Azərbaycan səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz”, – paylaşımda deyilir.

 

1229235

Bu xəbər ilə bağlı

Azərbaycan və İsrail XİN başçıları GÖRÜŞDÜ


Xəbəri oxu

Mənbə

Share: