İşsizlikdən sığorta fondunun büdcəsi təsdiq edilib

İşsizlikdən sığorta fondunun 2021-ci il üzrə büdcəsi təsdiq edilib.

Milletinsesi.az-ın məlumatına görə, bu barədə məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin gəlirləri 157 769 146,0 manat, xərcləri 157 769 146,0 manat məbləğində təklif edilib.

Təklif səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Share: