İştahanı artıran məhsullar. SİYAHI

Bəzi uşaqlar və böyüklər iştahasızlıqdan əziyyət çəkir, normal çəki yığa bilmir, arıqlayır.

Azmüddətli iştahasızlığın səbəbi stress, soyuqdəymə və virus xəstəlikləri, bəzi dərmanların qəbulu (antibiotiklər, iltihabəleyhinə preparatlar və s.) ola bilər. Əksər hallarda müəyyən müddətdən sonra iştaha qayıdır.

Uzunmüddətli iştahasızlığın səbəbi isə hər hansı ciddi xəstəlik (mədə-bağırsaq sistemi, onkoloji xəstəliklər) və ya pozulma (məsələn, depressiya) ola bilər. Bu səbəbdən iştahasızlıq uzun çəkirsə, mütləq həkimə müraciət etmək lazımdır.

Bəzi məhsullar iştahanın artmasına kömək edir. Bu məhsullar arasında:

– şəkər və karbohidratlarla zəngin olan qidalar (ağ undan hazırlanmış çörək, bulka, piroq, tort və s., şirniyyatlar)

– meyvələr – turş alma, sitrus meyvələri (limon, portağal, naringi və s.), kivi, banan. Limon şirəsi əlavə olunmuş su ən yaxşı iştaha artıran vasitə sayılır.

– giləmeyvələr – itburnu, qara qarağat, çiyələk, quşüzümü və s.

– göyərtilər (şüyüd, tərxun, reyhan, ispanaq və s.)

– duza qoyulmuş tərəvəzlər (xiyar, pomidor, kələm və s.)

– cirə, zirə, qara və qırmızı istiot, bibəriyə, zəfəran, hil, darçın, sarıkök, xardal, dəfnə yarpağı, qıtığotu kökü və s. ədviyyatlar

– bal, bərəmum (propolis)

– müalicəvi bitkilər – yovşan, zəncirotu kökü, çobanyastığı.

Share: