İstanbul bələdiyyəsində 323 nəfər saxlanıldı

İstanbul Böyük Şəhər Bələdiyyəsi barədə başladılan istintaq çərçivəsində 323 nəfər şübhəli şəxs saxlanılıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya sosial media hesabında yazıb.

Nazir qeyd edib ki, ictimai asayişi pozan təşəbbüslərə imkan verilməyəcək.

Qeyd edək ki, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu martın 19-da saxlanılıb.

Share: