İstanbulda güclü duman səbəbindən təyyarə reysləri təxirə salınıb.
Millətin Səsi.az xəbər verir ki, əsasən, Sabiha Gökçən hava limanından uçuşlar qadağan edilib.
Səhər saatlarında təxirə salınan reyslərin bərpa edilib-edilmədiyi barədə hələ açıqlama verilməyib.
Qeyd edək ki, AZAL-ın aşağı büdcəli törəməsi – “Buta Eyrveys”in Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçən Beynəlxalq Hava Limanına uçan sərnişin təyyarəsi də bu səbəbdən şəhərin yeni hava limanına enib.
Təyyarə yerli vaxt ilə saat 10:50-da uğurlu eniş edib. Əgər hava səraiti imkan versə, avialayner sərnişinləri Sabiha Gökçən aeroportuna daşımaq üçün yenidən havaya qalxacaq.