İstanbulun Kağıthanə məhəlləsində inşa edilmiş binalardan birinin istinad divarının dağılmasından sonra təxliyyə olunmuş 4 mərtəbəli bina dağıldı.
Milletinsesi.az-ın türk mətbubatına istinadən məlumatına görə, Çağlayan məhəlləsi, Axıcı küçədə bir inşaatın istinad divarında çökmə baş verib. Çökmə səbəbindən istinad divarının yuxarı küçəsindəki binalar da təxliyə edilib.
Hadisə yerinə yanğınsöndürmə, polis və tibb briqadaları cəlb edilib.