İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşirə abidə ucaldılıb.
Report xəbər verir ki, abidə Taksim səmtində Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə İstanbul şəhər valiliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə dövlət xadiminin qətlə yetirildiyi ərazidə qoyulub.
Abidənin rəsmi açılış mərasimi dekabrın 18-də baş tutacaq.
Qeyd edək ki, B.Cavanşir 1921-ci il iyulun 18-də İstanbulda qaldığı “Pera Palas” hotelinin qarşısında “Daşnaksütyun” terror təşkilatının üzvü Misak Torlakyan tərəfindən qətlə yetirilib.