20-dən çox təyyarə Türkiyənin Sabiha Göçkən hava limanına enə biməyib.
Modern.az xəbər verir ki, buna səbəb kimi hava şəraitinin əlevişsiz olması göstərilib.
Sabiha Gökçen Hava Limanının mətbuat xidməti qatı duman səbəbindən 20-yə yaxın təyyarənin İstanbulun yeni hava limanına yönəldildiyini bildirib.
Qeyd edilib ki, hava limanının uçuş-enmə zolağı təyyarələri qəbul etmək üçün bağlıdır. Hava limanından uçuşlar isə bir saatlıq fasilədən sonra normal rejimdə həyata keçiriləcək.