İstanbulda UNESCO və Avropa Şurasının dəstəyi ilə CINETOUR yaradıldı

İstanbulda keçirilən təsis iclasında UNESCO və Avropa Şurasının dəstəyi ilə Beynəlxalq Tematik Filmlər Festivalları Komitəsi (CINETOUR) yaradılıb.

 

CINETOUR-un əsas məqsədi tematik filmlər festivallarını bir çətir altında birləşdirmək və onları təbliğ etməkdir.

 

Hazırda dünyada 20 mindən çox tematik filmlər festivalı keçirilir, lakin bu günə qədər onları birləşdirən bir komitə olmayıb.

 

Eyni zamanda, CINETOUR komitəsinin hədəflərində ölkələr arasında mədəni əlaqələri möhkəmləndirmək, rejissorları, prodüserləri, sənət adamlarını, kino və turizm mütəxəssislərini, müxtəlif festivalları bir araya gətirməkdir.

 

Baş tutan təsis iclasında CINETOUR-un prezidenti Türkiyə nümayəndəsi Can Saracoğlu, baş direktoru isə İtaliya təmsilçisi Maurisio Aronika seçilib.

 

Qeyd edək ki, CINETOUR komitəsinin 19 ölkədən olan 30 təsisçisi sırasında Azərbaycan Turizm Bloqerləri Assosiasiyasının sədri, tanınmış teleaparıcı və səyahət bloqeri Azər Qərib də var. /Baku.ws/

Mənbə

Share: