İstanbuldan Bakıya gələn sərnişində 17 kq qızıl aşkar edildi

İstanbuldan Bakıya gələn sərnişində 17 kq qızıl aşkar edildi

İstanbuldan Bakıya gələn sərnişində 17 kq qızıl-zinət əşyaları aşkar edilib.

 

Bu barədə “Moderator.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yüklərinə baxış keçirib.

 

Baxış zamanı əl yüklərindən 6 qutuda qablaşdırılmış, ümumilikdə təqribi çəkisi 17 kq təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Mənbə

Share: