
“Daxil olan şikayətlər deməyə əsas verir ki, istehlakçıların qorunması adı altında əsassız və sərt yoxlamalar keçirilir”.
Bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “İstehlakçı hüqüqlarının qorunmasında dövlət orqanlarının rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib:
“Bəzi məsələlər var ki, sərt mövqe göstərməliyik. Xüsusilə də insanların sağlamlığına zərər varsa. Ancaq elə məsələlər də var ki, sahibkarlarla təmkinli davranmalıyıq”, – deyə O. Məmmədov əlavə edib.