
“Son 10 ildə Rusiya istehsallı kinolara maraq 4 dəfə artıb”.
Bunu “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda Rusiya Film Fondunun icraçı direktoru Fyodor Sosnov deyib.
O, ölkəsinin kino sahəsində bir çox uğurlara imza atdığını söyləyib: “Bu il kino sahəsində əldə olunan nailiyyətlər kifayət qədərdir. Rusiya film bazarında inkişaf davam etməkdədir”.


