İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşkül və Ağdərədə 5-9 yanvar tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə Millətin Səsi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırıb və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırıb.

Share: