İstilik də sayğaclaşır – Pilot layihəyə başlanır

“Azəristiliktəchizat” ASC-nin sayğaclaşdırma layihəsi pilot layihə olaraq məhdud sayda qeyri-əhali istehlakçı qrupu üçün nəzərdə tutulub.

 

Modern.az-ın məlumatına görə, bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı jurnalistlərə “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

 

İ.Mirzəliyevin sözlərinə görə, qeyri-əhali istehlakçıları üçün 50-ə yaxın sayğacın quraşdırılması planlaşdırılır:

 

“Pilot layihənin əsas məqsədi “Azəristiliktəchizat”ın fəaliyyətinin səmərəlliyini artırmaq, istilik xidmətinin keyfiyyətini artırmaq, xidmətin göstərilməsi üçün tələb olunan resursların daha effektiv planlaşdırmaqdır”.

Mənbə

Share: