İstirahətə gedən ailə Şabranda qəzaya düşdü

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun Şabrandan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Millətin Səsi.az Unikal-a istinadla xəbər verir ki, yük maşını (TIR) eyni istiqamətdə hərəkətdə edən VAZ-21099 markalı minik avtomobilinə arxadan çırpılıb.

Hadisə zamanı avtomobildə olan Tərtər rayon sakinləri – 1975-ci il təvəllüdlü Eldar Məmmədəli oğlu Əliyev, 1984-cü il təvəllüdlü Aygün Rəhbət qızı Əliyeva, 2007-ci il təvəlludlü L.Əliyeva, 2008-ci il təvəllüdlü E.Əliyev, 2010-cu il təvəllüdlü H.Heybətov müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar təcili tibbi yardım briqadaları ilə xəstəxanaya çatdırılıblar. Onların Xaçmaza istirahətə getdikləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Share: