İstirahət günlərinin HAVA PROQNOZU açıqlandı

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Noyabrın 3-də gündüz hava, əsasən, yağmursuz keçəcək, arabir güclənən qərb küləyi noyabrın 3-də gündüz mülayimləşəcək. Havanın temperaturu dağətəyi rayonlarda 15-18, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsindəbəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, mülayim şərq küləyi əsəcək, havanın maksimal temperaturu 15-18, dağlıq rayonlarda 7-10 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasındaarabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 15-19 dərəcə isti təşkil edəcək.

Aran rayonlarındaarabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi noyabrın 3-də gündüz mülayimləşəcək. Havanın maksimal temperaturu 15-18 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasındaarabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, havanın maksimal temperaturu 13-18 dərəcə isti təşkil edəcək.

Paytaxtda isəfasilələrlə yağış yağacağı gözlənilir. Noyabrın 2-si səhərdən 3-ü səhərədək güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 12-15 dərəcə isti təşkil edəcək.

Share: