İsveç Ukraynaya 10 “Leopard” tankı verəcək 

İsveç Ukraynaya 10 ədəd “Leopard 2A5” döyüş tankları verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İsveç baş naziri Ulf Kristersson məlumat verib.

 

O, həmçinin ölkəsinin Ukraynaya IRIS-T raket əleyhinə sistemlər və “Hawk” hava hücumundan müdafiə sistemlərini tədarük edəcəyini bildirib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Polşa Ukraynaya 4 ədəd “Leopard” tankı təhvil verib.

 

Akif İsmayılov 

Mənbə


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: