İsveçdə Azərbaycan əleyhinə aksiya keçirən erməni radikalların səsləri batırılıb

İsveçdə yaşayan bir qrup radikal erməninin Azərbaycanın bu ölkədəki səfirliyi qarşısında Ermənistanın hərbi təxribatlarına və qarayaxma kampaniyasına dəstək aksiyası dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəyovun səsucaldan vasitəsilə səsləndirilən musiqisi ilə qarşılanıb.

 

“Report” xəbər verir ki, ölkəmiz əleyhinə təxribatçı çıxışlar edən radikalların səsləri batırılıb. Bununla da ermənilərin aksiyası uğursuz başa çatıb.

 

Qeyd edək ki, İsveç polisi Azərbaycan səfirliyini radikal erməni nümayişçilərinin mümkün zorakılığından qorumaq üçün qabaqlayıcı tədbirlər görüb, onların diplomatik korpusa yaxınlaşmasının qarşısı alınıb.

 

Xatırladaq ki, Fransada erməni vandalları sentyabrın 18-də Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər. Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.

 

Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar.

Mənbə

Share: