Daha bir Avropa ölkəsi koronavirusa qarşı hazırlanan peyvənddən istifadəyə hazırlaşır.
Milletinsesi.az qafqazinfo-ya istinadən xəbər verir ki, İsveç hökuməti vaksinlərin tətbiqinə hazır olduğunu açıqlayıb. Ölkənin səhiyyə naziri Lena Hallenqren peyvəndlərin ölkəyə çatdığı an tətbiqin reallaşacağını bildirib.
O, koronavirusa qarşı hazırlıqların davam etdiyini, vaksinlərin saxlanılması üçün addımların atıldığını bildirib.
İsveç hökuməti “COVID-19” vaksini üçün 6 fərqli müqavilə imzalayıb, firmalardan yollanan peyvəndlər vətəndaşlara 11 yanvardan etibarən vurulacaq.