İsveçdə Quranın yandırılmasına yenidən icazə verildi

Stokholm Şəhər Polis İdarəsi avqustun 3-də İsveçin paytaxtında Qurani-Kərimin yenidən yandırılması aksiyasına icazə verib.

 

Modern.az xəbər verir ki, bu barədə “Svenska dagbladet” qəzeti məlumat yayıb.

 

Aksiyanın təşkilatçısı olan qadın bildirib ki, məqsədi dinin siyasət olduğunu göstərməkdir. Onun sözlərinə görə, müqəddəs kitabın yandırılmasının səbəbi onun xeyli sayda insanın ölümünə bais olmasıdır:

 

“Ümid edirəm ki, bütün dünya bu mesajı eşidir, çünki dinin siyasi olduğunu qəbul etmək vacibdir”.

Mənbə

Share: