Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan İsveçin xarici işlər naziri Tobias Billstryomla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
İsveçli nazir rəsmi Stokholmun regionda stabilliyin təmin olunmasına kömək etməyə hazır olduğunu bildirib.
Nazir qeyd edib ki, İsveç, o cümlədən ATƏT çərçivəsində də prosesdə iştiraka hazırdır.