İsveçrə hökuməti ABŞ-dan F-35A tipli döyüş təyyarəsi almaq üçün müqavilə imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.
Hökumət 36 ədəd F-35A qırıcısının alması üçün ABŞ ilə razılığa gəlib. Təyyarələr 2027-ci ildən başlayaraq İsveçrəyə təhvil veriləcək.
F-35A qırıcılarının F/A-18 “Hornet” və F-5 “Tiger təyyarələrini əvəz edəcəyi bildirilir. Müqavilənin dəyəri 6.1 milyard dollardır.
Akif İsmayılov