İsveçrə də İstanbuldakı diplomatik missiyasını bağladı

 

İsveçrənin Türkiyənin İstanbul şəhərində yerləşən baş konsulluğu fəaliyyətini dayandırıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Buna səbəb kimi terror təhlükəsi göstərilib.

Qeyd edək ki, bundan əvvəl Almaniya, Niderland, Böyük Britaniya və Fransa da eyni səbəbi əsas gətirərək İstanbuldakı konsulluqlarını bağlayıblar. Türkiyənin daxili işlər naziri Süleyman Soylu bu addımı psixoloji savaş adlandırıb.

Mənbə

Share: