Qətərdə keçirilən dünya çempionatının G qrupunda mübarizəyə start verilib.
Modern.az-ın məlumatına görə, qrupun ilk oyununda İsveçrə və Kamerun yığmaları qarşılaşıblar. Görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 48-ci dəqiqədə Bril Embolo vurub.
Bu qələbədən sonra İsveçrə yığması 3 xalla zirvədə qərarlaşıb. Xalı olmayan Kamerun sonuncudur. Qrupun digər matçında Braziliya Serbiyanı sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
****
15:04
Qətərdə keçirilən dünya çempionatının G qrupunun İsveçrə – Kamerun oyununda hesab açılıb.
Modern.az xəbər verir ki, qarşılaşmanın 48-ci dəqiqəsində Bril Embolo vurduğu qolla İsveçrəni önə çıxarıb.
****
14:00
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında İsveçrə və Kamerun yığmaları arasında G qrupunun I tur oyunu başlayıb.
Modern.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürüb.
***
13:32
Qətərdə keçirilən dünya çempionatının G qrupunun I turunda üz-üzə gələcək İsveçrə və Kamerun yığmalarının start heyətləri açıqlanıb.
Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
İsveçrə: Yann Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Rikardo Rodriges, Qranit Caka, Remo Froyler, Cibril So, Bril Embolo, Cerdan Şakiri, Ruben Varqas
Kamerun: Andre Onana, Nuxu Tolo, Nikolya N Kulu, Jan-Şarl Kastelletto, Kollins Fay, Samuel Que, Martin Onqla, Andre Zambo-Angissa, Brian Mbyomo, Erik Şupo-Motinq, Karl Toko Ekambi