Isveçrə Nüvə silahından qorunmaq üçün bütün əhalisi üçün sığınacaq düzəldib

II Dünya Müharibəsindən sonra İsveçrə Nüvə silahlarına qarşı sığınacaqlar inşa etməyə qərar verdi. Bu qərar həm də müharibədən sonrakı Rusiya ilə soyuq müharibə illərinə görə, həm də gələcəkdə baş verə biləcək III Dünya Müharibəsinə hazırlıq məqsədi daşıyırdı.

2006-cı ilə qədər İsveçrə təxminən 300 mindən çox sığınacaq inşa etdi. Bu sığınacaqlar ölkənin bütün əhalisini – 8.6 milyon əhalinin hamısını yerləşdirmək və qorumaq üçün lazım olan sığınacaq sayıdır. Əhalisini sığınacaq ilə təmin etməsinə görə 100%-lik nəticə ilə İsveçrə dünya lideridir.

İsveçrədə hansısa binanın zirzəmisinə ensəniz, qalın dəmir qapı ilə və qaz əleyhinə filterli havalandırma sistemi ilə qarşılaşa bilərsiniz. Bu hüquqi bir məcburiyyətdir. Hər kəsin yaşadığı yerdən qısa zamanda çata biləcəyi sığınacaq olmalıdır.

Sığınacaqların ümumi dəyəri təxminən 13 milyard dollar hesablanır. Vətəndaşlarına dəyər verən ölkə üçün heç nədir…

✅ İstinad: Swissinfo/ch, WSJ
✅ Hazırladı: Albert Eynişeydi

 

Share: