İtaliya A Seriyası yenidən təxirə salındı

İtaliya A Seriyasının oyunlarının bərpa müddəti koronavirus pandemiyasına görə uzadılacaq.

Bu barədə yerli mətbuata açıqlamasında ölkənin idman naziri Vinçentso Spadafora bildirib. Onun sözlərinə görə, çempionat təxirə salındığı vaxtda – mayın 3-də başlamayacaq.

Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də dayandırılıb. 26 turdan sonra turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir.

Share: