İtaliya sahillərində zəlzələ təşvişə səbəb oldu 

İtaliya sahillərində zəlzələ təşvişə səbəb oldu 

İtaliyanın Siciliya adasının şərqində zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

 

Zəlzələnin 4.4 bal gücündə olduğu bildirilir. Bəzi bölgələrdə sakinlər yeraltı təkanları hiss ediblər.

 

“La Repubblica” qəzetinin məlumatına görə, yerli sakinlər ilk yeraltı təkanlardan sonra evlərini tərk ediblər. Böyük şəhərdə bir neçə ticarət mərkəzi ehtiyat tədbiri olaraq boşaldılıb.

 

Dəymiş ziyan barədə məlumat yoxdur.

Mənbə

Share: