İtaliyada neft emalı zavodunda güclü partlayış olub

İtaliyanın şimal-şərqindəki Sannadzaro-de-Burqondi bölgəsində ENI şirkətinə məxsus neft emalı zavodunda güclü partlayış olub.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, müəssisədən bir neçə kilometr uzaqda da yüksək tüstü dumanı müşahidə olunub.

Yerli meriyanın məlumatına görə, partlayış nəticəsində xəsarət alan olmayıb. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. ENI şirkəti bəyan edib ki, vəziyyət tam nəzarət altındadır və mütəxəssislər tərəfindən ətrafda atmosferin tərkibi ilə bağlı tədqiqat da aparılır.

Müvafiq orqanlar tərəfindən neft emalı zavodunda baş vermiş yanğının səbəbləri araşdırılır.

Share: