İtaliyada oyunlar gələn ilin martına kimi azarkeşsiz keçirilə bilər

İtaliyada futbol oyunları koronavirus səbəbindən 2021-ci ilin martına kimi azarkeşsiz keçirilə bilər.

Qol.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb. Bildirilib ki, bütün məhdudiyyətlərin ləğvi və sərhədlərin açılması 2021-ci ilin martında baş verəcəyi gözlənilir. Yalnız bundan sonra azarkeşlərin stadiona girişinə icazə veriləcəyi iddia olunub.

Xəbərdə həmçinin İtaliyada futbol mövsümün mayın sonu yenidən başlana biləcəyi vurğulanıb.

Share: