İtaliya Prezidenti son seçkilərdə ən çox səs toplayan 45 yaşlı Corca Meloniyə hökumət qurmaq üçün mandat verib.
Modern.az xəbər verir ki, bu barədə İtaliya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Prezident Corca Meloniyə hökumət qurmaq üçün mandat verdi, o da bunu qəbul etdi”, – deyə məlumatda bildirilir.
Meloninin sağ mərkəzçi “İtaliya qardaşları” partiyası 24,6% səs toplayıb. Yeni hökumət oktyabrın 22-də and içəcək.