İtdən qorxan gənc quyuya düşdü və altı gün ac-susuz qaldı

Balidə istirahətdə olan 29 yaşlı britaniyalı Ceykob Roberts dörd metr dərinliyi olan quyuya düşüb və altı gün ərzində oradan çıxa bilməyib.

“Gulf news” xəbər verir ki, onu izləyən itdən qaçan gəncin ayağı sürüşüb və o, quyuya düşüb.

Robertsin sözlərinə görə, quyuya düşəndən sonra uzun müddət köməyə çağırıb, lakin səsinə səs verən tapılmayıb. Yalnız altı gündən sonra yaxınlıqdan keçən yerli fermer quyudan gələn səsə diqqət yetirib və xilasediciləri çağırıb.

Qeyd olunur ki, quyuya düşən britaniyalının ayağı sınıb. Bundan əlavə, bütün bu müddət ərzində o, ac-susuz qalıb./oxu.az

Share: