
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.
Bu barədə Milletinsesi.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Namizədlər nəticələrlə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər.
Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər “MyCulture” şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər.
️Yeni təhsil ilində bütün şagird və müəllimlərimizə uğurlar arzulayırıq.Modern.az