Prezident seçkilərindən sonra baş verən iğtişaşlar nəticəsində Minskə 500 min Belarus rublu (təxminən 203 min dollar) ziyan dəyib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Minsk Şəhər İcraiyyə Komitəsinin Bələdiyyə İqtisadiyyatı və Enerji İdarəsinin rəhbəri Vladimir Lebed məlumat yayıb.
“İlkin hesablamalarımıza görə, Minskdəki iğtişaşlar nəticəsində dövlətə dəyən ziyan 500 min Belarus rublundan çoxdur”, – Vladimir Lebed bildirib.
Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkisi baş tutub. Seçkidən sonra bir neçə şəhərdə etiraz aksiyası keçirilib.