Tanınmış futbol agenti Nik De Marko bu il iyunun 30-da müqaviləsi başa çatacaq futbolçularla bağlı açıqlama verib.
Qol.az xəbər verir ki, daha öncə yayılan xəbərə görə, FİFA futbolçulara hazırkı mövsümün sonuna qədər müqaviləni uzatmağı tövsiyə edib.
Lakin Nik De Marko bildirir ki, hüquqi baxımdan heç kim futbolçunu komandada qalmağa məcbur edə bilməz: “Nə FİFA, nə İngiltərə Futbol Assosiasiyası, nə də klublar iyunun 30-da müqaviləsi biticək oyunçunu saxlaya bilər. Əgər futbolçu getmək istəsə, qərarı ancaq özü verəcək. Yalnız bir məqam var. Oyunçu üçün bu məsələdə maddi məsələ nə dərəcədə həlledici olacaq. Müqavilənin qısamüddətə uzadılması ilə bağlı təkliflər yalnız əməyin qiymətləndirilməsinə xidmət edir. Bu, hamını qane edə bilməz”.