İyunun 8-də Fransada transfer pəncərəsi açılır.
Qol.az xəbər verir ki, gələn həftənin birinci günündən başlayaraq klublar bir-birindən oyunçu ala bilərlər. Adətən, Fransada transfer pəncərəsi iyulun 1-də açılırdı. Bu dəfə isə tarix əvvələ çəkilib.
Xatırladaq ki, bu ölkədə 2019/20 mövsümü koronavirus pandemiyası səbəbindən erkən başa vurulub.