İzmirin meri zəlzələ ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ

İzmirin meri zəlzələ ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ

Xəbər verdiyimiz kimi, Türkiyənin İzmir vilayətinin Menderes rayonunda, Egey dənizi sahillərində, eləcə də Kuşadasında 4.4 ballıq zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, İzmir böyük şəhər bələdiyyəsinin sədri Tunç Soyer təbiət hadisəsi ilə əlaqədar əhaliyə müraciət edib.

 

“Kuşadası mərkəzli, şəhərimizdə də hiss edilən 4.4 ballıq zəlzələdən təsirlənən bütün həmyerlilərimizə keçmiş olsun diləklərimi çatdırıram. Bələdiyyəmizə hər hansı bir mənfi hadisə ilə bağlı müraciət daxil olmayıb. Bizimlə 444 40 35 nömrəli qaynar xəttimizlə əlaqə saxlaya bilərsiniz”, – CHP-li merin X platformasındakı paylaşımında deyilir.

 

 

Bu xəbər ilə bağlı

Bu dəfə İzmir SİLKƏLƏNDİ


Xəbəri oxu



Mənbə

Share: