Jurnalist Ramin Dekonun həbs müddəti uzadıldı

“Meydan” TV işi üzrə həbs olunan jurnalist Ramin Deko (Cəbrayılzadə) barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.

Milletinsesi.az xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin olunub. Onun həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında “Meydan” TV işi üzrə jurnalistlər Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq) saxlanılıb. Onların barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu ilin fevral ayında isə iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa həbs edilib.

Share: