Jurnalist vəsiqəsi sahibinə üstünlük vermir

“Jurnalist vəsiqəsinin verilməsi “Media haqqında” qanunda nəzərdə tutulur. Xahiş edirəm ki, media subyektləri “vahid” sözünü jurnalist vəsiqəsi sözünün qarşısında istifadə etməsinlər”.

 

Modern.az-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Media Reyestrində olmayan jurnalistlərin fəaliyyəti ilə bağlı heç bir maneə olmayacaq:

 

““Vəsiqə özlüyündə jurnalistlərə üstünlük vermir. Sadəcə reyestrdə olmaq faktını təsdiqləyir. Bu da jurnalist adından istifadə hallarının qarşısını alacaq. Həmçinin vəsiqə sadəcə olaraq jurnalist vəsiqəsi adlanır”.

Mənbə

Share: