Kəbədə sosial məsafə olmadan ilk cümə namazı qılındı

Səudiyyə Ərəbistanının Məkkə şəhərində, Kəbənin də daxil olduğu Məscidül-Haramda Covid-19 tədbirləri götürüldükdən sonra on minlərlə müsəlman cümə namazı üçün toplaşıb.

Millətin Səsi.az xəbər verir ki, Məscidül-Haramda Covid-19 epidemiyasından sonra ilk dəfə sosial məsafə nəzərə alınmadan cümə namazı qılındı.

Həcc və Ümrə Nazirliyi, Məscidül-Haramda sosial məsafə qaydası və mənfi PCR testi tələbinin qaldırıldığını, lakin maska ​​taxmaq məcburiyyətinin davam etdiyini açıqlayıb.


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: