Kəlbəcərdə Dövlət Yanğından Mühafizə Hissəsi fəaliyyətə başladı – VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş Azərbaycan ərazilərində yerli strukturlarının təşkilini davam etdirir.

Nazirlikdən Milletinsesi.az-a verilən məlumata görə, 11 dekabr 2020-ci il tarixindən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kəlbəcər Rayon Dövlət Yanğından Mühafizə Hissəsi Kəlbəcər şəhərində fəaliyyətə başlayıb. Hissə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Xatırladaq ki, bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.

 

Share: