Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması ilə bağlı xalqa müraciətindən sonra Bakı şəhərində bayram yürüşü başlayıb.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, müraciətdən sonra Bakı sakinləri Heydər Əliyev Mərkəzindən Şəhidlər Xiyabanı istiqamətində yürüş edib. Əhalinin bir qismi isə eyni vaxtda Bakının Yasamal rayonu, 20 saylı orta məktəb – liseyindən yürüşə start verib.