Milli Məclisdə qaz limiti ilə bağlı məsələyə toxunulub.
Modern.az xəbər verir ki, bu barədə deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən iclasında çıxıç edib.
“Qaz limiti məsələsinə xüsusilə də dağ kəndlərində diqqət yetirmək lazımdır. Dağ kəndlərində qaz limiti ləğv edilməlidir”.
Deputat, həmçinin kənd təsərrüfatının inkişafı üçün daha çox maliyyənin ayrılmasını təklif edib. “Düzdür, kənd təsərrüfatı sahəsində irəliləyişlər var. Amma ərzaq qıtlığının, ərzaq inflayasiyasının qarşısını almaq üçün addımlar atmaq lazımdır”.