“Kəpəz” – “Şamaxı” oyununda VAR sistemindən istifadə olunmur

Qəbələdə “Kəpəz” və “Şamaxı” arasında keçirilən Azərbaycan Premyer Liqasının VII tur matçında videokmkçi hakim (VAR) sistemindən istifadə olunmur.

“Report”un məlumatına görə, buna VAR avtomobilində texniki nasazlığın aşkarlanması səbəb olub.

Oyundan öncə hər iki komandann kapitanlarına bununla bağlı məlumat verilib.

Qeyd edək ki, hazırda görüşdə ilk hissə oynanılır və hesab “Şamaxı”nın xeyrinədir – 1:0. Yeganə qolu 5-ci dəqiqdə Nihad Quliyev vurub.

Mənbə

Share: